Home » Şou biznes və Mədəniyyət, Ümumi » Gələn ildən “Asiavision” Mahnı Müsabiqəsinə start veriləcək

Gələn ildən “Asiavision” Mahnı Müsabiqəsinə start veriləcək

Asiya Yayımları Birliyi (ABU) Baş Assambleyanın 2012-ci ildə Seulda keçiriləcək iclası zamanı Eurovision formatına uyğun “Asiavision” Mahnı Müsabiqəsi (Asiavision Song Contest) layihəsinə start veriləcəyini açıqlayıb. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə,bu barədə ABU-nun Dehlidə keçirilən Baş Assambleyasının iclasında bildirilib.
Koreyanın KBS telekanalının beynəlxalq əlaqələr departamentinin prodüseri Kenni Kihyung Bae (Kenny Kihyung Bae) şounun meneceri vəzifəsini həyata keçirəcək. Cənab Bae Eurovision layihəsinin pərəstişkarı olduğunu və 2012-ci ildə Bakıda keçiriləcək müsabiqəni yaxından izləmək üçün Azərbaycana gələcəyini bildirib.Onun sözlərinə görə, Azərbaycanın “Asiavision” layihəsinə qonaq qismində dəvət olunması nəzərdə tutulur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*