Home » Beynəlxalq, Texno, Ümumi » “Freedom House” internet azadlığı üzrə beynəlxalq hesabatını açıqladı
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

“Freedom House” internet azadlığı üzrə beynəlxalq hesabatını açıqladı

“Freedom House” təşkilatının təqdim etdiyi “Freedom on the Net 2011” hesabatında “İnternet azadlığı” göstəriciləri üzrə ölkələrin siyahısı tərtib olunub. AgahMedia.Com portalının AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstituundan bildirilib ki, internetin və rəqəmsal medianın qlobal qiymətləndirilməsinin əks edildiyi hesabatda Azərbaycan “İnternetin qismən azad olduğu ölkələr” siyahısında 48 balla 20-ci yerdə qərarlaşmışdır.
“İnternet azadlığı” qlobal göstəricisi hər bir ölkənin internet və media azadlığı 0-100 bal arasında qiymətləndirilir. Cədvəldə “0” bala yaxın ölkələr müsbət, “100” bala yaxın ölkələr isə mənfi xarakterizə edilir.
Hesabatda ABŞ, Almaniya və Estoniya tamamilə azad ölkələr kateqoriyasında ilk üçlüyü tamamlayır. İnternetin qismən azad olduğu ölkələr kateqoriyasında Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Rusiyanın da adı var.
İnternet istifadəçilərinin sayına görə dünyada lider olan Çin bu siyahıda azad olmayan, İran İslam Respublikası isə “ən neqativ” ölkə kimi qiymətləndirilmişdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*