Home » Beynəlxalq, Siyasət, Ümumi » Fransız televiziyasında Xocalı soyqırımı haqqında veriliş yayımlandı

Fransız televiziyasında Xocalı soyqırımı haqqında veriliş yayımlandı

AgahMedia.Com informasiya portalının AzərTAc-a istinadən məlumatına görə, Fransanın məşhur “France 24” televiziya kanalında Xocalı soyqırımı ilə bağlı veriliş efirə gedib. Xocalı faciəsinin 20 illiyinə həsr edilmiş verilişdə1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın bu şəhərinə hücum etdikləri, yeli sakinlərə görünməmiş divan tutduqları, qadınlar, uşaqlar və qocalar daxil olmaqla 613 azərbaycanlını qətlə yetirdikləri bildirilmişdir. Verilişdə Xocalıdan olan bir qadının və 10 yaşı olarkən qırğından sağ çıxmış Anar Usubovun bu dəhşətli faciə ilə bağlı xatirələrinə geniş yer verilmiş və erməni vəhşiliyindən bəhs olunmuşdur.
Reportajda Azərbaycan ərazilərinin 20 faizinin ermənilər tərəfindən işğal olunduğu, ölkədə 1 milyondan artıq azərbaycanlının öz torpaqlarında qaçqın və məcbur köçkün kimi yaşadığı qeyd edilmiş, onların ağır həyat şəraitindən, dövlətin bu insanlara göstərdiyi qayğıdan bəhs edən təsvirlər verilmişdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*