Home » Beynəlxalq, Siyasət, Ümumi » Fransa polisi Sarkozinin evində axtarış aparır

Fransa polisi Sarkozinin evində axtarış aparır

Parisdən olan müstəntiq qrupu sabiq prezident Nikolya Sarkozinin evində və ofisində axtarışlar aparıb. Bu barədə adını açıqlamayan rəsmi şəxsə istinadən Fransa mətbuatı xəbər yayıb. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, axtarışların Sarkozinin 2007-ci ildəki qalmaqallı seçki kampaniyası ilə bağlı olduğu bildirilir. Həmin vaxt dünyanın aparıcı kosmetika şirkətlərindən sayılan “Loreal”ın zəngin varisi Liliyan Betenkortun Sarkozinin kampaniyasına külli miqdarda vəsait ayırdığı iddia olunur. Fransa qanunvericiliyinə görə, seçki kampaniyalarına kənar mənbələrdən ayrılan vəsaitə 4600 avroluq məhdudiyyət qoyulduğu halda, Betenkortun Sarkozinin partiyasına nəğd şəkildə 50 min avro verdiyi bildirilir. Betenkortun mühasibi bu faktı təsdiq etsə də, Fransanın sabiq prezidenti bu iddiaları qəti şəkildə rədd edir. Hələlik axtarışların gedişatı barədə rəsmi məlumat verilmir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*