Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Forbes” Oprah Winfreyi dünyanın ən nüfuzlu ulduzu adlandırdı

“Forbes” Oprah Winfreyi dünyanın ən nüfuzlu ulduzu adlandırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Forbes dərgisi Amerikanın tanınmış televiziya aparıcısı Oprah Winfreyi dünyanın ən nüfuzlu ulduzu adlandırıb.

Onunla birgə siyahıya başqa televiziya ulduzları, müğənni və aktyorlar da düşüblər. Onların arasında “Toranlıq” filminin 24 yaşlı ulduzu Robert Pəttinson və Lady Gaga da var. Orijinal sayılan müğənni Lady Gaga Forbes siyahısında yeni addır. O, siyahıda 62 milyon dollar gəlirlə dördüncü yeri tutur. Lady Gaga Madonna və Britney Spears kimi tanınmış müğənnilərdən önə çıxmağa nail olub. Toranlıq filmində çəkilən Robert Pəttison isə 50-ci yerdədir. Deyilənə görə, o, 17 milyon dollar qazanıb. X Factor proqramının banisi Simon Cowell isə 14 yeri adlayaraq 11-ci yerə qalxıb.Gələn il gündəlik tok şou proqramları başa çatacaq Oprah Winfreyin ən nüfuzlu ulduz olduğu bəlli olub. Ötən il onun gəliri 315 milyon dollar olub. Ondan sonra siyahıda Beyonce və Avatar filminin rejissoru James Cameron gəlirlər.Forbes dərgisinin siyahısı son 12 ay ərzində ulduzların gəlirləri və mətbuatdakı yerinə əsaslanıb. Onların tanınmış dərgilərin ön səhifəsində çəkilməsi və Google axtarış mühərrikində onlara aid girişlərin sayı Celebrity 100 siyahısını müəyyən etməyə yardım edib.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*