Home » Biznes sfera və iqtisadiyyat, Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » “Forbes” jurnalı dünyanın ən zəngin və məşhur cütlüklərinin adlarını açıqladı
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

“Forbes” jurnalı dünyanın ən zəngin və məşhur cütlüklərinin adlarını açıqladı

“Forbes” jurnalının hər il tərtib etdiyi reytinq cədvəlinə görə, dünyanın ən varlı cütlükləri müəyyənləşib. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, reytinq cədvəlində birinci yerdə super model Jizel Bundxen və onun həyat yoldaşı Amerika futbolçusu Tom Bredi yer alıb. Bu cütlüyün il əzrində birgə qazanclarının həcmi 76 milyon dollar təşkil edib.
Reytinqin ikinci pilləsində məşhur müğənni Beyons və onun həyat yoldaşı reper Jay-2 qərarlaşıb. Bu məşhur cütlük il ərzində 71 milyon dollar qazanıb. Onların gəlirləri təxminən eyni həcmdədir.
Hollivudun ən gözəl və məşhur cütlüyü aktrisa Ancelina Coli və Bred Pitt 50 miyon dollar qazancı ilə reytinqin üçüncü pilləsindədirlər.
Reytinqin dördüncü cütlüyü futbolçu Devid Bekhem və onun həyat yoldaşı Viktoriya Bekhem olub. Jurnalın qiymətləndirməsinə görə Bekhemlərin gəliri 45 milyon dollar təşkil edib. Gəlirin 40 milyonu Devid Bekhemə, 5 milyonu isə müğənnidən modelyerliyə istiqamət alan Viktoriyanın payına düşüb.
İlk beşliyi “Alatoran” filminin baş rolunun ifaçıları Robert Pattinson və Kristen Stüart tamamlayıb. Bu yaraşıqlı cütlük isə il ərzində 20 milyon dollar qazanc əldə edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*