Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Forbes dərgisinin ilk onluğunda azərbaycanlı iş adamının da adı yer aldı

Forbes dərgisinin ilk onluğunda azərbaycanlı iş adamının da adı yer aldı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Forbes_dergisinin_logosu

Məşhur “Forbes” jurnalı bu dəfə Rusiyada iri kommersiya əmlaklarının sahiblərinin reytinqini tərtib edib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Forbes”in 30 nəfərlik siyahısının ilk onluğunda azərbaycanlı iş adamı Araz Ağalarovun da adı yer alıb. Siyahıda liderlik “Kiyevskaya ploşad” milyonçuları Qod Nisanov və Zarax İliyeva məxsusdur. İlk dəfə reytinqin iştirakçısının illik gəliri 1 milyard dolları ötüb.
İkinci yerdə “İKEA Моs” (IKEA qrupuna daxildir, İnqvar Kampraduya məxsusdur). İcarədən əldə etdiyi illik gəlir -760 milyon dollardır. Rusiyada şirkətə ümumi sahəsi 1,3 milyon kvadrat metr olan 11 şəhərdə 14 ticarət mərkəzi məxsusdur.
Liderlərin 3-də Samvel Karapetyana məxsus “Taşir” durur. Onun icarədən götürdüyü illik gəlir -720 milyon dollardır. İri “İrəvan-Plaza” ona məxsus ticarət obyektidir.
4-cü yerdə inquş əsilli neft milyarderi, Azərbaycanda da biznesi olan “BİN” qrupunun sahibi Mixail Qutseriyevin qardaşı Sait-Salam Qutseriyev (500 milyon dollar), 5-ci yeri türkiyəli iş adamı “ENKA” holdinqinin rəhbəri Şarık Tara, 6-cı yeri isə “Kompleks investisiyalar” şirkətinin sahibləri ata-oğul Yuri və Aleksey Xotinlər tutub. 7-ci yerdə Alixan və Amiran Musoyevlər tutublar. Onların Moskva, Sankt-Peterburq, Krasnoyarsk, Çerepoves, Ufadakı iri obyektlərindən əld etdikləri illik gəlir 385 milyon dollar təşkil edib.
Siyahının 8-ci pilləsində isə, 370 milyon dollarla “Krokus” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Araz Ağalarov qərarlaşıb.
9-cu yerdə “Adamant”ın sahibi İqor Leytis, Mixail Bajenov və Yevqeniy Qureviç (320 milyon dollar “Nevskiy Atrium”, “Nevskiy Moskva”), 10-cu pilləsində isə Boris Minsanın “O1Properties” şirkəti (260 milyon dollar) yerləşdirilib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*