Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Forbes dərgisi ən varlı amerikalıların adlarını açıqladı

Forbes dərgisi ən varlı amerikalıların adlarını açıqladı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Forbes_dergisinin_logosu

Məşhur “Forbes” dərgisi növbəti dəfə 400 ən zəngin amerikalının siyahısını dərc edib. AgahMedia.Com portalının “Azadinform” agentliyinə istinadən məlumatına görə, siyahıda birinci yeri artıq 20 ildir birinci olan “Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts tutub. İlin yekununa görə onun varidatı 72 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 6 milyard dollar çoxdur. İkinci yerdə investor Uorren Baffet yer alıb və onu varidatı 58,5 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 12,5 milyard dollar çoxdur. Üçüncü yerdə 41 milyard dollarla “Oracle” şirkətinin təsisçisi Larri Ellison qərarlaşıb. Jurnal qeyd edib ki, “Top-400” siyahısındakı 50 ad informasiya texnologiyaları sahəsi ilə bağlıdır ki, bunlardan da “Amazon”un direktoru Ceff Bezos 12-ci pillədə, “Google” şirkətinin həmtəsisçiləri Larri Peyc və Serqey Brin müvafiq olaraq 13 və 14-cü yerlərdə, “Facebook”un yaradıcısı Mark Zukerberq 20-ci yerdə qərarlaşıb. Zukerberqin həm də “Forbes 400” siyahısının ən gənc iştirakçılarından biridir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*