Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Forbes dərgisi ilin ən uğurlu biznesmenlərinin adlarını açıqlayıb

Forbes dərgisi ilin ən uğurlu biznesmenlərinin adlarını açıqlayıb

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Forbes_dergisinin_logosu

Dünyanın tanınmış iqtisadiyyat və maliyyə jurnalı olan “Forbes” 2012-ci ilin ən uğurlu iş adamlarının adlarını məlum edib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, siyahıya başçılıq edən “Alfa-Qrup” şirkətinin rəhbəri Mixail Fridmandır. Arxada qoyacağımız ildə rusiyalı iş adamı varidatını 13.4 milyard dollara çatdırıb. Belə ki, o, AAP-yə məxsus “BP-TNK”nın səhm paketini “Rosneft”ə sataraq, Rusiya biznesi üçün rekord gəlir əldə edib – 28 milyard dollar.
“İlin pioner”i nominasiyasında isə uğur qazanan “MD Medical Group”un həmsahibi Mark Kurtser olub. İxtisasca həkim, Moskvanın baş akuşer-ginekoloqu olan Kurtser öz klinika şəbəkəsini Londona qədər genişləndirə bilib.
“İlin fiasko”su nominasiyasında iki soyad var. Belə ki, “Renessans Kapital”ın qurucusu Stiven Cenninqs 2008-ci ilin iqtisadi böhranından hələ də çıxa bilməyərək, sahib olduğu bankın yarısını “Oneksim” qrupunun sahibi Mixail Proxorova satmaq məcburiyyətində qalıb. Bu ilin noyabr ayında isə o, “Renessans Kapital”ı tərk edərək, şirkətin bütün səhmlərini “Oneksim”ə satıb. Onun varidatı 14 milyon dollara düşüb.
Rusiyalı iş adamı Boris Berezovski də fiaskoya uğrayıb. London məhkəməsində Roman Abramoviçə məğlub olan Berezovski sonradan daha bir məhkəməyə düşüb.
“İlin filantropu” isə “Metalloinvest” şirkətinin sahibi Əlişir Usmanov olub. Bu il Usmanov xeyriyyə məqsədləri üçün 150.8 milyon dollar pul xərcləyib. 2011-ci ildə bu rəqəm 146.2 milyon dollar, 2010-cu ildə isə 126.8 milyon dollar təşkil edib.
“İlin kosmopoliti” nominasiyasında qalib Gürcüstanın baş naziri Bidzina İvanişvilidir. Gürcüstanın ən varlı sakini bu il Rusiyada olan aktivlərini satıb.
Bu siyahıda həmçinin rusiyalı iş adamı, “Pyateroçka” və “Karusel” mağazalar şəbəkəsinin sahibi Andrey Roqaçev var. O, bu il yenidən ABŞ iqtisadiyyatına qayıdıb və bu ölkəyə 2 milyard dollar yatırım edib.
İlin “Forbes Style” nominasiyasında isə qalib “Millhouse Capital”ın sahibi Roman Abramoviç olub. Milyarder bu il ərzində Londonun “Çelsi” klubuna Çempionlar Liqasında çıxış etməsi üçün 1.3 milyard dollar vəsait yatırıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*