Home » Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » “Forbes” ən gəlirli aktyorların adlarını açıqladı

“Forbes” ən gəlirli aktyorların adlarını açıqladı

“Forbes” jurnalı növbəti dəfə dünyanın ən gəlirli aktyorlarının siyahısını dərc edib. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, siyahıya liderlik televiziya və kino ulduzu Eşton Katçerə məxsusdur. Yalnız 2012-ci il ərzində aktyor 24 milyon dollar gəlir əldə edib. Bu qonorarı aktyor “İki yarım insan” serialında çəkildiyinə görə almışdır. O, serialda qalmaqallı Çarli Şini əvəz etmişdir.
Eştonu britaniyalı aktyor Xyu Lori izləyir. Onun doktor Haus roluna görə aldığı qonorar 18 milyon dollar olmuşdur.
Eyni qonorar məbləği ilə siyahının üçüncüsü “Buz dövrü” cizgi filmini səsləndirən və “Orta yaşlı kişilər” serialının qəhrəmanı Rey Romanodur.
Aleks Bolduin və Mark Xermon siyahının 4-5-ci yerlərini bölüşürlər. Onların gəliri 15 mln. dollar təşkil etmişdir.
Top onluqda 14 milyonla Tim Allen, Con Krayer (13 mln), Patrik Demps (12 mln), Cim Parsons, Conni Qaleki və Ceyson Siqelin (8 mln) adları da yer almışdır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*