Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Fond birjalarında qiymətlər düşür
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Fond birjalarında qiymətlər düşür

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Avropa fond birjalarında qiymətlər bazar ertəsi səhər bir qədər qalxıb. Təhlilçilər bunu Avropa Mərkəzi Bankının hökumət borclarını almaq niyyətinə dair bəyanatı ilə əlaqələndirir.Bazarlarda ötən həftə yaranmış böhrandan sonra AMB borc böhranının yayılması narahatlıqlarına görə, vəziyyətə müdaxilə edib.
İspaniya və İtaliya bazarlarında isə səhm qiymətləri qalxsa da, sonradan enib. Əsas Avropa indeksləri səhərdən bir qədər sonra yenidən aşağı düşüb.
AMB-nin hökumət borclarını bondlar şəkildə alacağına dair bəyanatına baxmayaraq, İspaniya və İtaliya bondlarının qiyməti düşüb.
İspaniyanın 10 illik bondlarının gəlir həcmi 6 faizdən 5.2 faizə enib. İtaliya bondlarının gəliri də eyni şəkildə aşağı düşüb.
Fond birjalarına sərmayə yatıranları belə görünür ki, AMB-nin bondları satın alma qərarının böhranın həllində irəliyə doğru addım olmasına inandıra bilməyib.
Londonda və Parisdə FTSE 100 və Cac 40 indeksləri 2 faizə qədər itirib. Frankfurtda isə Dax indeksi 3 faizə yaxın düşüb.
Standard və Poor’s reytinq agentliyi ABŞ-ı yüksək kredit reytinqindən məhrum etdikdən sonra Asiya bazarlarında da səhmlərin qiyməti aşağı düşüb.
Yaponiyanın Nikkei və Honq-Konqun Seng indeksləri 2.2 faiz itirib. Cənubi Koreyada Kospi indeksi 3.8 faiz aşağı düşüb.
Ötən həftə dünya bazarlarının dəyərindən trilyonlarla dollarlar itib. Dax dəyərinin 13 faizini itiriib. FTSE 100 10 faiz və Dow həftəni 5.8 faiz aşağı qiymətlə başa vurub.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*