Home » Şou biznes və Mədəniyyət, Ümumi » Flora Kərimova və İlhamə Quliyevanın işləri birinci instansiya instansiya məhkəməsinə göndərildi

Flora Kərimova və İlhamə Quliyevanın işləri birinci instansiya instansiya məhkəməsinə göndərildi

AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın xalq artisti İlhamə Quliyevanın mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərova qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayət üzrə məhkəmə prosesi başa çatıb.Xalq artisti Flora Kərimova Faiq Ələkbərovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bu iddianı təmin etmədiyi üçün qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Flora Kərimovaya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.Hakim Aygün Abdullayevanın sədrlik etdiyi prosesdə iddianın baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib. Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva xalq artisti Flora Kərimovanı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə məhkəməyə verib. İlhamə Quliyeva Flora Kərimovadan ona dəymiş maddi və mənəvi ziyanın müqabilində 100 min manat təzminat ödəməsini istəyib. Lakin Nəsimi rayon Məhkəməsi bu iddianı qəbul etməyib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*