Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Dövlət Fitosanitar Nəzarəti Xidməti işçilər axtarır

Dövlət Fitosanitar Nəzarəti Xidməti işçilər axtarır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyalarının torpaq, su və aqrokimyəvi maddələrin analizi, Bitki və bitkiçilik məhsullarının analizi, Bitkilərin ekspertizası şöbələrində vakant olan şöbə rəisi, baş aqrokimyaçı, baş entomoloq, baş fitopatoloq, aparıcı aqrokimyaçı, böyük aqrotexnik vəzifələrinin və rayonlar üzrə mütəxəssis qruplarında vakant olan baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edir.

AgahMedia.Com informasiya portalının Dövlət Fitosanitar Nəzarəti Xidmətindən aldığı məlumata görə, regional aqrokimya laboratoriyalarında mövcud vakant vəzifələrin tutulması üçün iddiaçılardan aşağıdakı şərtlər tələb olunur:

-müvafiq sahə üzrə ali ixtisas təhsili (aqrokimya, torpaqşünaslıq, kimya, biologiya, bitki mühafizəsi, aqronomluq);

– kompüter və dil biliklərinin olması;

– torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin aparılması barədə məlumatının və təcrübəsinin olması;

– torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək, analizlərin nəticələrini təhlil etməyi bacarmaq və tövsiyələr hazırlamaq;

– məhsulların tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini müəyyən etməyi bacarmaq;

-zərərverici və xəstəliklərin inkişaf fenologiyası, entomofaqları, avadanlıq və cihazlardan istifadə qaydaları və texnologiyasını, onların iş prinsipini bilməli.

Regional aqrokimya laboratoriyalarında vakant yerlərin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilərlər:

www.dfnx.gov.az

Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, 7a,
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.
Müraciətlər elektron qaydada da göndərilə bilər.

Əlaqə telefonları: (012) 562-82-24; (012) 562-85-57

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*