Home » Beynəlxalq, İdman, Ümumi » FİFA ittihamları səngimək bilmir

FİFA ittihamları səngimək bilmir

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi dünya futbolunun idarəedici orqanı FİFA daxilində korrupsiya iddialarına dair təhqiqata başlayıb. Bu iddialar BBC-nin yayımladığı Panorama verilişində edilmişdi. Televiziya proqramı üç FİFA rəsmisini idman marketinqi şirkətindən rüşvət almaqda ittiham edib. Ödənişlər 1998-1999-cu illərdə edilib
Beynəlxalq Olimpiya Komitəsinin bu işə qarışmasına səbəb korrupsiya iddialarında İssa Hayatunun adının hallandırılmasıdır. Panoram proqramının ittihamı ilə üzləşmiş cənab Hayatu həm də BOK-un üzvüdür. O həmçinin Afrika futbolunun rəhbəri və FİFA-nın vitse-prezidentidir.
Proqrama əsasən, Hayatu İSL şirkətindən 20 min dollar rüşvət alıb. Bu şirkət əvəzində FİFA-nın adından çıxış etmək hüququ əldə edib. Bəyanatında BOK bildirib ki, korrupsiyaya qarşı sıfır dözümlülük siyasəti yeridir və bu məsələni özünün etika komitəsində araşdıracaq.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, FİFA isə heç nə etmək niyyətində deyil. Təşkilat israr edib ki, 2008-ci ildə bu məsələyə İsveçrə məhkəməsi baxıb və heç bir FİFA rəsmisinin hərəkətlərində cinayət tərkibi aşkar etməyib. Bu səbəbdən, FİFA məsələni bağlı hesab edir.
BBC-nin Panorama verilişi eləcə də, paraqvaylı Nikolas Leozu və braziliyalı Rikardo Tekseranı adıçəkilən şirkətdən rüşvət almaqda ittiham edib.
Bu şəxslər bu həftə 2018 və 2022-ci il Dünya çempionatlarının keçiriləcəyi yerlərə dair səsvermədə iştirak etməlidirlər.
Onlar ittihamlara cavab verməyiblər. 2018-ci il Dünya Kubokuna sahiblik uğrunda İngiltərə hazırda Rusiya, Hollandiya və Belçika və İspaniya və Portuqaliyanın birgə müraciətilə rəqabət aparır.
İngilis kampaniyasının üzvləri BBC-ni məhz bu anda belə ittihamlarla çıxış etməsinə görə tənqid ediblər və bu proqramın ölkənin bir nömrəli idman tədbirinə sahiblik etmək şanslarına ziyan vurduğunu dilə gətiriblər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*