Home » İdman, Ümumi » FİFA Dünya Çempionatına əlavə vəsait ayırdı

FİFA Dünya Çempionatına əlavə vəsait ayırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Futbol üzrə ali qurum olan FİFA bildirib ki, Cənubi Afrikada keçiriləcək Dünya Çempionatı üçün 100 milyon dollar əlavə vəsait ayırıb.

Bunda məqsəd oyunların vaxtında başlamasına əmin olmaqdır. Əlavə vəsait çempionatda iştirak edəcək 32 komanda üçün təlim ərazilərinin başa çatdırılmasına xərclənəcək. Müxbirlər deyirlər ki, ilk dəfə Afrikada keçiriləcək Dünya Çempionatı təşkilatçılara televiziya hüquqları və sponsorluq vasitəsilə 3 milyard dollar qazanmağa imkan yaradacaq. Stadionların 10-u artıq tikilib başa çatdırılıb. Biletlərin hamısı isə artıq satılıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*