Home » Beynəlxalq, İdman, Ümumi » FİFA-da rüşvət qalmaqalı səngimək bilmir

FİFA-da rüşvət qalmaqalı səngimək bilmir

Qətər 2022-ci il Dünya Çempionatını “almaqda” ittiham olunur.FİFA-da müvvəqqəti vəzifəsindən kənarlaşdırılmış vise-prezindet Cek Uorner (Jack Warner) elektron məktubunda FİFA prezidentliyinə eks-namizəd Məhəmməd bin Həmmamı ( Mohamed Bin Hammam) rüşvətxorluqda və Qətər üçün 2022-ci il Dünya Çempionatını “almaqda” ittiham edib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Qətər təmsilçiləri isə Qətərin, “2022-ci il dünya çempioantının keçirilməsi hüququna layiq görülməsində pozuntuların olması iddialarını rədd ediblər.” Əslən Qətərli olan Məhəmməd bin Həmmam öz namizədləyini Bazar günü geri götürüb. FİFA prezidentliyinə seçkilər iyunun 1-nə təyin olunub.Məhəmməd bin Həmmam FİFA prezidentliyi uğrunda seçkilərdə təçkilatın hazırki prezidenti Sepp Blatterin yeganə rəgibi olacaqdı. Rəqiblərin qarşılıqlı ittihamlarına FİFA etika komitəsində baxılıb. C-b Həmmam öz qərrarını FİFA-nın nüfuzuna xələl gətirmək istəməməsiylə izah edib. Məhəmməd bin Həmmamın təbirincə, onun Sepp Blatter ilə mübarizəsi FİFA-ya olduqca baha başa gəlir. Asiya Futbol Federasiyasının 62-yaşlı rəhbərini Karib hövzəsi ölkələri təmsilçilərinə minlərlə dollar məbləğdə rüşvət təklif etməkdə ittiham edirlər. Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Assosiasiyasının prezidenti Səm Uorner FİFA-nın etika komitəsini tərəfkeşlikdə, Sepp Blatteri (Sepp Blatter) isə rüşvət verməkdə ittiham edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...
Tags:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*