Home » Beynəlxalq, Siyasət, Ümumi » FİFA 11 metrlik və başqa qaydalara düzəlişlər edib

FİFA 11 metrlik və başqa qaydalara düzəlişlər edib

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, FIFA 11 metrlik cərimə zərbələrinin vurulması qaydalarına düzəliş edib.

Yeni qaydalara görə artıq Cənubi Afrikada keçiriləcək futbol çempionatında futbolçunun 11 metrəliyi vurmazdan əvvəl dayanması qadağan olunur.
11 metrlik cərimə zərbəsinə dair yeni qayda iyunun 11-də başlanacaq futbol üzrə dünya çempionatından qüvvədə olacaq. Zərbə endirməzdən əvvəl dayanıb qapıçını çaşdırmaq istəyən futbolçunun hərəkəti cəzalandırılacaq. Bu halda futbolçuya sarı kart göstəriləcək və top artıq qapıdan keçmişdirsə, təkrar vuirulması tələb olunacaq. Bununla belə 11 metrliyi vuran futbolçunun zərbə üçün qaçarkən etdiyi çaşdırıcı hərəkətlərə icazə veriləcək. FİFA həmçinin Avropa futbolunun əlavə hakimlər barədə təcrübəsini də tətbiq etmək qərarına gəlib, lakin bu dünya çempionatına şamil edilməyəcək. Yeri gəlmişkən bu qaydalardan Avropanın özündə də bir sıra klub menecerləri məmnun olmadıqlarını bildiriblər. Bundan başqa dördüncü oyun rəsmisinə birbaşa hakimlə əlaqə saxlamaq və ona yardım etmək icazəsi verilib. Maraqlıdır ki, əlavə hakimlər variantına gedən FİFA video təkrarlar kimi texnologiyalardan istifadəni yaxına buraxmır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*