Home » Sosial, Ümumi » Faiq Ağayevi bıçaqlayan şəxs həbs edildi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Faiq Ağayevi bıçaqlayan şəxs həbs edildi

Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlayan şəxs həbs edilib.

AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rüfət Baba oğlu Məlikov təqsirli şəxs qismində istintaqa cəlb edilib. Polisə verdiyi ilkin ifadəsində Rüfət Məlikov xalq artistini mübahisə zəminində bıçaqladığını etiraf edib. “Orada elə bir yol yox idi ki, mən ona yol verim. Siqnal verdim, əlimi çıxartdım ki, bir dəqiqə, enli yol gələr yol verərəm. Mən özümü müdafiə etmişəm”, – deyə o ANS TV-yə bildirib.
Müstəntiqin verdiyi məlumata görə, Rüfət Məlikov əvvəllər qəsdən adam öldürmə maddəsinə görə məhkum olunub. Rüfət Məlikovun ifadəsi əsasında münaqişədə iştirakda şübhəli bilinən digər iki nəfər Seymur Məmmədov və Natəvan Şərifova da istintaqa cəlb edilib. Onların ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. Xatırladaq ki, Azərbaycanın xalq artisti Faiq Ağayev və iki cangüdəni bu gün səhər saatlarında bıçaqlanıb. Müğənni saat 7 radələrində 6 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə daxil olub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 bıçaq zərbəsi alıb.Faiq Ağayevin cangüdənləri 33 yaşlı Ramin Bayramov 1, 35 yaşlı Azər Musayev isə 2 bıçaq yarası alıb. Hər iki cangüdənə qarın nahiyələrindən bıçaq xəsarəti yetirilib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*