Home » Biznes sfera və iqtisadiyyat, Maraqlı, Texno, Ümumi » “Facebook”un qurucusu ildə 1 dollar maaş alacaq
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

“Facebook”un qurucusu ildə 1 dollar maaş alacaq

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Facebook-un_qurucusuAgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq 2013-cü ildən ona 1 dollar məbləğində illik maaş təyin edilməsi xahişilə müraciət edib və xahiş yerinə yetirilib.
Lenta.ru xəbər verir ki, 2012-ci ildə M.Sukerberq Facebook-da kompensasiya və ödənişlər şəklində 1,9 milyon dollar alıb. Bundan başqa, 2012-ci ilin mayında şirkət birjada qiymətli kağızların ilkin yerləşdirməsini keçirəndə sosial şəbəkə yaradıcısı 2,27 milyard dollar məbləğində 60 milyon ədəd səhmi satmağa nail olmuşdu.
M.Sukerberqin atdığı addım vaxtilə Apple və Google-un rəhbərləri Stiv Cobsun və Larri Peyc və Sergey Birinin atdıqları addımlar kimidir. Bundan başqa, Larri Ellison (Oracle), Elon Mask (Tesla), Mark Pinqus (Zynga) və Meq Uitmen (HP) ildə 1 dollar maaş alırlar.
Forbes jurnalı 28 yaşlı M.Sukerberqin var-dövlətini 13,3 milyard dollar dəyərində qiymətləndirib. O, jurnalın versiyasına əsasən ən nüfuzlu adamlar reytinqində 25-ci yeri tutur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*