Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Facebook”un qurucusu gündə 6 milyon dollar qazanır

“Facebook”un qurucusu gündə 6 milyon dollar qazanır

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Facebook-un_qurucusu

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin 2012-ci ilin yekunları üzrə ümumi qazancı 2,27 milyard dollara yaxın olub. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, bu barədə “GMI Ratings” konsaltinq şirkəti tərəfindən hər il tərtib olunan ABŞ-ın ən yüksək əməkhaqqı alan top-menecerlərinin reytinqində bildirilir.
M.Sukerberq əməkhaqqının məbləğinə görə ikinci yeri tutan “Kinder Morgan” şirkətinin (neft-qaz kəmərləri operatoru) icraçı direktoru Riçard Kinderi geridə qoyub. Ötən il R.Kinder 1,1 milyard dollardan çox gəlir əldə edib.
Liderlər üçlüyündə “Sirius XM Radio” şirkətinin rəhbəri Mel Karmazin də yer alıb. O, il ərzində əldə olunan əməkhaqqının məbləğinə (təxminən 255 milyon dollar) görə M.Sukerberq və R.Kinderdən xeyli geri qalıb. “Apple” şirkətinin rəhbəri Tim Kuk illik 144 milyon dollarlıq əməkhaqqı ilə reytinqdə yalnız beşinci yeri tuta bilib.
“GMI Ratings” nümayəndələrinin qeyd etdiyinə görə, ötən il ABŞ-ın nəhəng korporasiyalarının top-menecerləri rekorda imza atıblar. Yüksək əməkhaqqı alan 10 idarəedici hər biri ilk dəfə olaraq 100 milyondan, ikisi isə 1 milyarddan çox vəsait əldə edib.
Qeyd edək ki, “Forbes” jurnalı tərəfindən M.Sukerberqin ümumi var-dövləti 19 milyard dollar dəyərində qiymətləndirilib. ITExpert.org.ua resursu xəbər verir ki, dünyanın 400 ən varlı adamı reytinqində “Facebook” təsisçisi 20-ci yeri tutur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*