Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Facebook” saatda bir milyon dollardan çox qazanır

“Facebook” saatda bir milyon dollardan çox qazanır

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Facebook_resmiÜmumi istifadəçi sayı 1 milyardı aşan “Facebook”da çox qısa baş verən fasilə belə, onu tez-tez ziyarət edən milyonlarla istifadəçisinin əhvalını poza bilir. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, ötən günlərdə “Facebook”u açanda ekrana gələn “Nə isə səhv getdi” mesajının səbəbi isə firma tərəfindən hələ açıqlanmayıb. “Facebook” səlahiyyətlisi Iain Votermanın CNN-ə etdiyi şərh belədir: “Bu gün səhər istifadəçilərin Facebook istifadəsinə maneə törədən qısamüddətli problem yaşadıq. Problem tez həll edildi və hazırda yaxşı işləyir. Müvəqqəti problemə görə üzr istəyirik. ” Forbesin bir hesabatı, yarım saat davam edən problemin Facebooka təxminən 500 min dollara başa gəldiyini təxmin edir. Bununla yanaşı itki Facebooka təsir edəcək böyüklükdə deyil. İlk yarımil gəlirləri 2.5 milyard dollara çatan firma, saatda təxminən 1.16 milon dollar qazanır. Təkcə 1 il ərzində satın almalar üçün təxminən 20 milyard dollar xərcləyən bir firma üçün 500 min dollar, “Forbes”ə görə elə də əhəmiyyətli olmaya bilər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*