Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Facebook” qlobal mobil reklam bazarındakı payını 3 dəfə artıracaq


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

“Facebook” qlobal mobil reklam bazarındakı payını 3 dəfə artıracaq

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Facebook_resmiDünyanın nəhəng sosial şəbəkəsi olan “Facebook” bu ilin yekunları üzrə qlobal mobil reklam bazarında payını 2012-ci ildəki 5,35 faiz ilə müqayisədə 15,8 faizədək – təxminən 3 dəfə artıra biləcək. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, bu barədə “eMarketer” şirkətinin analitikləri proqnoz veriblər. İstifadəçilərin tədricən mobil qurğulara keçməsi ilə eyni vaxtda mobil servisləri kommersiyalaşdıran “Facebook” mobil reklam bazarında payını kəskin artırmağa nail olub, – cari il üçün sosial şəbəkənin bu göstərici üzrə proqnozunu 12,9 faizdən 15,8 faizədək artıran ekspertlər bildirib.
Digit.ru yazır ki, mobil reklam bazarında payın xeyli hissəsinə – təxminən 53,2 faizinə ilin yekunları üzrə “Google” şirkəti sahib çıxacaq. Axtarış sisteminin göstəricisi 1 faizə yaxın artacaq, halbuki ötən il bu göstərici 52,36 faiz qiymətləndirilib. Bu seqmentdə “Google”un uğuru mobil qurğularda axtarışdan aktiv istifadə, eləcə də “YouTube” məhsullarının kommersiyalaşdırılması ilə əlaqədardır. “eMarketer”in proqnozuna əsasən, dünya mobil reklam bazarı bu il 89 faiz – 16,65 milyard dollaradək artacaq ki, bunun da 8,85 milyardı “Google”un, 2,63 milyardı “Facebook”un payına düşəcək.
Analitiklərin proqnozuna görə, ümumilikdə dünya onlayn reklam bazarının həcmi 2013-cü ilin yekunları üzrə 13 faiz artaraq 117,6 milyard dollar təşkil edəcək. Bu seqmentdə də lider 33 faiz və ya 38,6 milyard dollarlıq payla “Google” qalacaq, “Facebook” isə payını 5,5 faizədək və ya 6,36 milyard dollaradək genişləndirəcək. Reklam gəlirlərinin həcminə görə üçüncü və dördüncü yerləri müvafiq olaraq “Yahoo!” (2,97 faiz) və “Microsoft” (2,49 faiz) şirkətləri tutacaq. Diqqətəlayiqdir ki, “eMarketer” reklam gəlirləri üzrə “Microsoft”, “Facebook” və “Amazon” şirkətlərinin illik proqnozunu iyunla müqayisədə artırıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*