Home » Beynəlxalq, Ümumi » “Facebook” qətllərində şübhəli yaxalandı

“Facebook” qətllərində şübhəli yaxalandı

Şübhəlinin şəkli onun qurbanlarının qızının “Facebook” hesabında aşkar olunub. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Filippin polisi “Facebook” saytından istifadə edərək bir neçə qətl törətməkdə şübhəli şəxsi aşkar edib.

28 yaşlı Mark Dizon üç əcnəbi daxil olmaqla doqquz adamı öldürməkdə şübhəlidir. Kompyuter ustası olan bu şəxsin qətlləri ölkənin şimalındakı Anxeles şəhərində həyata keçirdiyi deyilir. Şübhəlinin özü ittihamları rəd edir. Müəmmalı qətllər silsiləsi iyulun 12-də başlayıb. Kanadalı Cefri Benuin fiippinli rəfiqəsi ilə birlikdə mehmanxana otağında odlu silahla öldürülüblər. Dörd gün sonra Britaniya vətəndaşı Ceymz Porter və onun sevgilisi də qətlə yetiriliblər. Ötən həftə 70 yaşlı amerikalı Albert Miçel və onun filippinli həyat yoldaşı, üç ev xidmətçisi ilə birlikdə öldürülüblər. Bu qətllərdən sonra polis istintaqda yeni dəlillər əldə edib. Bir neçə şahid hadisə yerindən uzaqlaşan silahlının zahiri görünüşü barədə polisə ifadə verib. Anxeles şəhər polisinə əsasən, Miçel ailəsinin dostlarından biri bu təsvirin, onların qızının Facebookdakı dostlarından birinə çox oxşamasını polisə xəbər verib. Polis Dizonun Facebookdakı şəklini şahidlərə göstərərkən onlar həmin şəxsi hadisə yerindən qaçan gördüklərini təsdiqləyiblər. Bundan az sonra Mark Dizon həbs edilib.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*