Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Facebook” “WhatsApp”ı da öz tərkibinə qatdı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

“Facebook” “WhatsApp”ı da öz tərkibinə qatdı

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Facebook-un_qurucusu“Facebook” sosial şəbəkəsi gənc nəsil arasında daha çox məşhur olan messencer proqramı Whatsapp üçün 19 milyard dollar ödəyəcək. AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, “Facebook”un qurucusu Mark Zuckerberg məlumat verib ki: “Artıq 11 gündür danışıqlar aparılır. Əldə edilmiş sövdələşməyə əsasən, ödəmə 2 yolnan-nağd və facebook səhmlərini bölüşdürməklə aparılacaq. Bizim məqsədimiz dünyanın bir çox nüfuzlu yerlərində istifadəçilərin online əlaqəsini, kütləvi istifadə bazasını daha sadə və rahat etməkdir” .
“Facebook” sosial şəbəkisinin yaradıcılarından biri və icraçı direktoru Yan Koum  bu anlaşmanının uğurlu olacağını qeyd edib.
Son iki il ərzində “Whatsapp” dünyanın ən sürətlə inkişaf edən servislərindən biridir. Hazırda bu servisin 450 milyon istifadəçisi var. Onlar heç bir yüksək ödəniş etmədən hər gün bu qlobal telekommunikasiya şəbəkəsindən faydalana bilirlər.
Qeyd edək ki, 2012-ci ildə “Facebook” “İnstagram”-ı 1 milyard dollara almışdı. Son günlər “Facebook” ən məşhur şəkil messencer servisi olan “Snabchat”ı 3 milyard dollara alması ətrafında danışıqlar gedir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*