Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Kiçik torpaq sahəsində ev tikmək asanlaşdı

Kiçik torpaq sahəsində ev tikmək asanlaşdı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ev_resimi

AgahMedia.Com informasiya portalının  Fins.Az resursuna istinadən məlumatına görə, bir qədər əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişiklikdən sonra, Nazirlər Kabineti də tikililər arasındakı ara məsafəsi tələbi dəyişdirib. İndi evlər arasında daha az məsafə saxlamaq lazımdır. Nəticədə kiçik torpaq sahələrində də ev tikmək mümkün olacaq.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsindəki yeniliklərdən biri evin tikintisini sadələşdirmək əvəzinə daha da çətinəşdirmişdi. Məcəllənin 65-ci maddəsinə əsasən fərdi ev tikmək istəyən şəxs, onu torpaq sahəsinin kənarında yox, ortasında inşa etməli və evin hər tərəfində hündürlüyünün 0,6 hissəsi qədər ara məsafəsi saxlamalı idi. Bu tələb kiçik torpaq sahəsi olanlar üçün əməlli-başlı problem yaratmışdı. Çünki ara məsafəsi saxlayanda ev tikmək üçün yer qalmırdı.

Məsələn, sahəsi 1 sot, yəni 100 kvadratmetr olan torpaq sahəsində birmərtəbəli (4 metr hündürlükdə) ev tikmək istəyən şəxs evlə hasar arasında azı 2,4 metr ara məsafəsi saxlamalı idi. Bu şərtə əməl edəndə evin eni-uzunu 5,2 metrdən artıq olmamalı idi. Normal ev tikmək üçün isə torpaq sahəsi o qədər böyük olmalıdır ki, burada həm ev tikmək, həm də ara məsafəsi saxlamaq mümkün olsun. Amma Bakıda torpaq sahələrinin əksəriyyəti kiçik olduğuna görə, belə torpaqlarda normal ev tikmək mümkün deyildi.

Nəticədə, ara məsafəsi tələbi ev tikintisində əsas problemlərdən birinə çevrildi. İndiyədək məhz bu tələbə görə, təkcə Bakının rayonlarında yüzlərlə torpaq sahibi öz torpaq sahəsində ev tikmək barədə müraciətinə İcra Hakimiyətlərindən mənfi cavab almışdı. Belə vətəndaşlara ya həmin torpaqları qonşu ərazilərlə birləşdirib böyütmək, ya da başqa məqsədlərlə istifadə etmək məsləhət görülürdü.

Bütün bunları nəzərə alan ölkə rəhbərliyi ara məsafəsi tələbinin dəyişdirilməsinə qərar verib. Milli Məclisin qərarı ilə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, fərdi ev tikintisi zamanı ara məsafəsi 2 dəfə azaldılıb və evin hündürlüyünün 0,6 hissəsi qədər yox, 0,3 hissəsi qədər olmalıdır.
Bu dəyişiklik fərdi evlərin tikintisi ilə bağlı vəziyyəti tamamilə dəyişir. Belə ki, əvvəlki vəziyyətdə sahəsi 100 kvadratmetr olan torpaqda yalnız 27 kvadratmetr sahəsi olan birmərtəbəli ev tikmək olardısa (evin hər tərəfindən 2,4 metr ara məsafəsi saxlamaq şərtilə), dəyişikliklərdən sonra isə həmin torpaq sahəsində 58 kvadratmetrlik ev inşa etmək olar (hər tərəfdən 1,2 metr ara məsafəsi saxlamaq şərtilə).

Ara məsafəsi tələbinin dəyişməsi Azərbaycanda, xüsusilə də Bakı və onun ətrafında fərdi ev tikintisini sadələşdirəcək. Nisbətən kiçik torpaq sahəsi olan vətəndaşlar bu dəyişikliklər sahəsində ev tikə biləcəklər. Nəhayət, bu dəyişiklik nisbətən kiçik topaq sahələrinə olan tələbatın daha da artmasına və torpaq bazarının canlanmasına səbəb olacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*