Home » Ümumi » Eurovisionda Azərbaycan təmsilçisi üçün mahnı müsabiqəsinə start verildi

Eurovisionda Azərbaycan təmsilçisi üçün mahnı müsabiqəsinə start verildi

2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Eurovision-2011 Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi üçün mahnı müsabiqəsinə start verilib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, ölkəsindən asıllı olmayaraq bu müsabiqədə iştirak etmək istəyən bəstəkarlar Eurovision formatına uyğun olan mahnılarını Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərə bilərlər.
Ünvan belədir: Azərbaycan Respublikası, Bakı şəhəri, A. Şərifzadə küç 241. Telefon: +994 12 430 22 64 (1-14), e-mail: info@itv.az
Xatırladaq ki, İctimai Teleradionun təşkilatçılığı ilə “Eurovision-2011”-də iştirak etmək istəyən təmsilçini müəyyənləşdirmək məqsədilə Milli Seçim Turu artıq Final mərhələsinə qədəm qoyub. Final mərhələsinə Milli Seçim Turlarından gələn 9 iştirakçı qatılıb. Finalın birinci mərhələsində həmin 9 nəfərdən 5-i, ikinci mərhələsində isə 5 nəfərdən 1-i ölkəmizi dünyanın nüfuzlu mahnı müsabiqəsində təmsil etməyə vəsiqə qazanacaq.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*