Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision” ulduzları oktyabrın 2-də Bakıda konsert verəcəklər

“Eurovision” ulduzları oktyabrın 2-də Bakıda konsert verəcəklər

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, oktyabrın 2-də İçərişəhərdə Qoşa Qala qapısı meydanında keçiriləcək “Caspian Coast Üzüm Yığımı” festivalında çərçivəsində təşkil olunacaq konsert proqramında çıxış edəcək Eurovision ulduzları-Litvanın 2009-cu il təmsilçisi Saşa Son, Rumıniya təmsilçisi Raula və Uvi dueti, eləcə də Moldovanın 2011-ci il təmsilçisi “Zdob şi Zdub” qrupu sabahdan etibarən Bakıya gələcək.
Konsert proqramında Eurovision müsabiqəsində ölkəmizi uğurla təmsil etmiş Aysel və Safuranın da iştirakı nəzərdə tutulur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, festivalda iştirak edəcək Bakı sakinləri və şəhərimizin qonaqları müxtəlif ölkələrin mətbəxləri ilə tanış olacaq, müxtəlif sənətkarlıq nümunələrinə tamaşa edəcəklər. Ukraynadan gətirilən “canlı heykəllər” festivalda şən abu-hava yaradacaq, qonaqlar təbii üzüm, üzüm şirəsi, yüksək keyfiyyətli pendir, şərab ala və bu məhsulların dadına baxa biləcəklər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*