Home » Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision” qalibi ölkə prezidenti seçilmək istəyir

“Eurovision” qalibi ölkə prezidenti seçilmək istəyir

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə,İrlandiya təmsilçisi Dana 1970-ci ildə Eurovision Mahnı Müsabiqəsində ölkəsinə qələbə qazandırmışdı. “All kinds of everything” mahnısı ilə qalibiyyəti əldə edən Dana 1990-cı ildə siyasətə gəldi. O, İrlandiyada keçirilən prezident seçkilərində namizədliyini irəli sürdü. Seçkilərdə topladığı səs faizinə görə 3-cü olan Dana sonradan siyasəti buraxmadı. O, 1999-cu ildə Avropa Parlamentinin üzvü oldu.
Eurovision qalibi yenə də İrlandiya prezidentliyinə namizədliyini verib. Buna baxmayaraq, musiqi aləmindən də getməyib. 2006-ci ildə öz səsyazma şirkətini yaradan Dana İrlandiyanın ən böyük şou proqramı- “İrlandiyanın istedadları” adlı TV layihəsində münsiflər heyətində təmsil olunub.  

Prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*