Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision” administrasiyası Ermənistana xəbərdarlıq etdi


Дешевые Авиабилеты Онлайн ... >>>



“Eurovision” administrasiyası Ermənistana xəbərdarlıq etdi

Bu ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkədən 25-i təmsilçisini artıq müəyyənləşdirib. Bunların arasında Türkiyə, Gürcüstan, Ukrayna, Albaniya, Kipr, Danimarka, Macarıstan, İslandiya, İsrail, Latviya, Monteneqro, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Malta, Norveç, Almaniya və Fransa var. Sayca 57-ci “Eurovision” mahnı müsabiqəsində həmin 25 ölkədən 19-u təmsilçisi ılə yanaşı, müsabiqədə ifa edəcək mahnısını da müəyyənləşdirib.
AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, bu arada, Ermənistandan olan 20-dən çox müğənni, o çümlədən bu ölkəni ötən yarışlarda təmsil edən iştirakçılar Siruşo, İnqa və Anuş, Eva Rivas və Emmi Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina barədə bəyanat veriblər. Erməni KİV-in verdiyi məlumata görə, bəyanat Ermənistanın İctimai Televiziyasına və Avropa Yayım İttifaqına ünvanlanıb. Müğənnilər Ermənistanın İctimai Televıziyasını Bakıda keçiriləcək mahnı yarışmasına təmsilçi göndərməməyə çağırırlar. Bundan başqa, onlar Avropa Yayım İttifaqı qarşısında müsabiqənin yerinin dəyişdirilməsi şərtini irəli sürür.
Avropa Yayımçılar İttifaqı isə “Eurovision” yarışması ilə bağlı hər bir ölkəyə məktub göndərib. Qurumdan ANS-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən ölkələr, o cümlədən Ermənistan bu məktubu imzalayıb. Avropa Yayımçılar İttifaqı bir qrup Ermənistan müğənnisinin yarışı boykot etməsi barədə təşəbbüslərinə də münasibət bildirib.
“Eurovision” administrasiyasının rəsmisi Yarmo Siim bildirib ki, Ermənistan Avropa və Ermənistan Yayımçılar İttifaqlarının martın 19-da keçiriləcək iclasına qədər öz mahnısını təsdiqləməsə, müsabiqədə iştirak etməyəcək: “Bu tarixdən əvvəl Ermənistan müğənnilərinin bəyanatı daxil olmaqla nə baş verirsə, bu, Ermənistanın daxili işidir. Biz inanırıq ki, onlar martın 19-dək mahnılarını təsdiqləyəcəklər”.

Qeyd edək ki, Azərbaycan hökuməti Avropa Yayımçılar İttifaqına tədbirin və onun iştirakçılarının təhlükəsizliyinin təminatına zəmanət verdiyi barədə məktub göndərib. Məktubda “Eurovision-2012” müsabiqəsinin təşkilinin böyük məsulliyyət olduğu və bunun üçün bütün lazımi tədbirlər görməyə hazır olduğumuz, müsabiqə vaxtı qonaqların təhlükəsizliyini, sərbəst toplaşma və ifadə azadlığının təmin ediləcəyi bildirilir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*