Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision- 2012″nin qalibi İsveç təmsilçisi Loren oldu

“Eurovision- 2012″nin qalibi İsveç təmsilçisi Loren oldu

Bakıda keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Loren oldu. Loren 17 ölkənin 12 bal verməsi ilə birinciliyə nail ola bilib. Səsvermənin nəticəsinə əsasən, İsveç 372 xal toplayıb. Müğənni builki müsabiqədə “Euphoria” mahnısı ilə ölkəsini təmsil edirdi.
Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. AgahMedia.Com portalının “Səs” informasiya agentliyinə istinadən məlumatına görə, əslən mərakeşli olan Loren İsveçin “İdol 2004” müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə “My Heart is Refusing Me” mahnısı ilə İsveçin milli seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.
Məlumat üçün bildirək ki, təmsilçi “Bakı Kristal Zalı”n səhnəsində də məhz 17-ci nömrə altında çıxış edirdi.
Səsvermə nəticəsində ikinci yeri 259 xalla Rusiya, üçüncü yeri isə 214 xalla Serbiya tutub. Azərbaycan isə ilk beşlikdə yer alıb. Ölkəmiz 150 xalla dördüncü yeri tutub. Azərbaycana 12 bal Ukrayna, Malta, Türkiyə və Litva ölkələrindən gəlib.

İlk onluqda olan ölkələr:
1. İsveç
2. Rusiya
3. Serbiya
4. Azərbaycan
5. Albaniya
6. Estoniya
7. Almaniya
8. Türkiyə
9. İtaliya
10. İspaniya

Qeyd edək ki, gələn ilki 58-ci Eurovision mahnı müsabiqəsinə məhz İsveç ev sahibliyi edəcək.

 “Azercell” abunəçiləri üçün “Eurovision 2012” mahnılarının “Zəngimcell” kodları burada >>> http://www.zengimcell.agahmedia.com/Eurovision_melodileri_zengimcell.html

 

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*