Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2012”də iştirak edəcək ölkələr məlum oldu

“Eurovision-2012”də iştirak edəcək ölkələr məlum oldu

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə,2012-ci ilin may ayında Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin Eurovision Mahnı Müsabiqəsində son 3 ildə iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb. Bununla da Eurovision Mahnı Müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb.
Eurovision Mahnı Müsabiqəsinin Baş prodüseri Yan Ola Sand: “2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnunuq. Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq.

Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək ölkələrin siyahısı:

1. Albaniya
2. Ermənistan
3. Avstriya
4. Azərbaycan
5. Belarus
6. Belçika
7. Bosniya və Herseqovina
8. Bolqarıstan
9. Xorvatiya
10.Kipr
11. Danimarka
12. Estoniya
13. Finlandiya
14. Fransa
15. Makedoniya
16. Gürcüstan
17. Almaniya
18. Yunanıstan
19. Macarıstan
20. İslandiya
21. İrlandiya
22. İsrail
23. İtaliya
24. Latviya
25. Litva
26. Malta
27. Moldova
28. Monteneqro
29. Niderland
30. Norveç
31. Portuqaliya
32. Rumıniya
33. Rusiya
34. San Marino
35. Serbiya
36. Slovakiya
37. Sloveniya
38. İspaniya
39. İsveç
40. İsveçrə
41. Türkiyə
42. Ukrayna
43. Böyük Britaniya

Polşanın ictimai yayımçısı TVP isə, Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Yan Ola Sandın sözlərinə görə, Polşanın bu ilki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVPi-nin işinin gərginliyi ilə əlaqədardır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*