Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2012” keçiriləcəyi “Baku Crystal Hall” təhvil verildi

“Eurovision-2012” keçiriləcəyi “Baku Crystal Hall” təhvil verildi

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall” şou üçün təhvil verilib. Bu barədə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Eurovision-2012” işçi qrupunun rəhbəri Adil Kərimli tərəfindən keçirilən mətbuat konfransında məlumat verilib. Mətbuat konfransında bildirilib ki, 2012-ci il yanvarın 25-də tikintisinə başlanan bu məkan 25 min tamaşaçı tutumuna malikdir. Müsabiqə zamanı isə 20 min tamaşaçı qəbul olunacaq. Tikintini həyata keçirən şirkət artıq salonu şounu hazırlayacaq “Brainpoll” şirkətinə təhvil verib. Bu gündən etibarən şounun hazırlıqlarına başlanılıb. Zalda 80 min işıq diodu, 2500-dən artıq proyektor və Avropada ilk dəfə hərəkətli işıqlardan istifadə olunacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*