Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2012” Bakıda keçirilə bilər…

“Eurovision-2012” Bakıda keçirilə bilər…

AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Azərbaycandan olan romantik duet videoçarxı izləyənlərin sayına görə hamını geridə qoyub. “Eurovision 2011” mahnı müsabiqəsinin başlanmasına bir həftədən çox vaxt qalıb. Musiqi tənqidçiləri bukmeykerlərlə hansı ölkənin təmsilçisinin daha çox şansı olduğunu barədə ehtimallar irəli sürür. Ekspertlər təcrübələrinə söykənərək, siyasi vəziyyətə, musiqi bazarına görə öz fikirlərini bildirir.
Biz isə çəkilmiş kliplərin baxılma sayına əsasən çıxarış edərək öz proqnozlarımızı qurmaq istədik. Bütün videoçarxlar yarışmanın rəsmi www.eurovision.tv saytında təqdim olunur. Onlar faktiki olaraq rəsmi “Eurovision” kanalı çərçivəsində “Youtube”da yerləşdirilir və baxışların statistikası məlumdur. Eyni nömrənin başqa versiyaları ola bilər, ancaq müsabiqənin pərəştiçkarları kliplərə məhz burada baxırlar.
Belə çıxır ki, müsabiqəni izləyən Avropa ölkələrinin televiziya tamaşaçıları müsabiqənin gedişatı zamanı təxminən belə qiymət verəcəklər. Əlbəttə ki, sürprizlər qaçılmazdır, lakin ümumi mənzərə böyük ehtimalla saxlanılacaq.
Beləliklə, rəqəmlər nə deyir?
“Youtube”da mahnılara çəkilmiş kliplərin baxışlarının sayına görə “Eurovision 2011” iştirakçılarının reytinqi:
1. Azərbaycan – 574 000 baxış. Eldar və Nigar “Running Scared”
2. Fransa – 362 000. Аmori Ваssili, “Sognu”
3. Macarıstan – 341 000. Keti Volf, “What About My Dreams”
4. Böyük Britaniya – 243 000. Blue qrupu, “I Can”
5. Almaniya – 229 000. Lena, “Taken By A Stranger”
6. Estoniya – 223 000. Qetter Yaani, “Rockfeller Street”
7. Norveç – 210 000. Stella Mvanqi, “Naba-naba”
8. Rusiya – 204 000. Aleksey Vorobyev, “Get You”
9. İsrail – 203 000. Dana, “Ding Dong”
10. İsveç – 184 000. Erik Saade, “Popular”
Ən az baxışı olan videoklip San-Marino təmsilçisinindir – 60 000-dən bir az artıq.
Göründüyü kimi, əsas mübarizə bu müğənnilər arasında gedəcək. Göründüyü kimi Azərbaycan böyük fərqlə irəlidədir. Bizim “onluq”dan Eldar və Nigara kim qalib gələcək-bunu tezliklə biləcəyik. “Eurovision 2011″in birinci yarımfinalı 10 mayda, ikinci yarımfinalı isə 12 mayda olacaq. 14 mayda isə finaldır.
Xatırladaq ki, “Eurovision 2011” mahnı müsabiqəsində 43 ölkə iştirak edir. Hər yarımfinalda 19 ölkə yarışacaq. Finala avtomatik düşən “Böyük beşlik” ölkələridir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*