Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2011” təmsilçiləri Bakıya gələcək

“Eurovision-2011” təmsilçiləri Bakıya gələcək

Türkiyənin “Eurovision-2011” Mahnı Müsabiqəsinin təmsilçisi “Yüksek Sadakat” qrupu promo tur çərçivəsində aprelin 4-də Azərbaycana gələcək. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” Mahnı Müsabiqəsində Moldova adından çıxış edəcək “Zdob şi Zdub” qrupu aprelin 6-da Bakıda olacaq. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Malta təmsilçisi Glen Vella isə promo tur çərçivəsində aprelin 10-dan sonra Azərbaycana gələcək.
Qeyd edək ki, Türkiyə “Eurovision-2011” Mahnı Müsabiqəsinin mayın 10-da keçiriləcək birinci yarımfinal mərhələsində çıxış edəcək. “Yüksek Sadakaq” qrupu müsabiqədə “Live it Up” mahnısı ilə təmsil olunur. Birinci yarımfinalda iştirak edən Malta nümayəndəsi Glen Vella “One Life”, mayın 12-də keçiriləcək ikinci yarımfinal mərhələsində olan Moldovanın təmsilçisi “Zdop Şi Zdub” qrupu isə yarışmada “So lucky” mahnısını ifa edəcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*