Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2011” mahnı müsabiqəsinin ilk təmsilçisi açıqlandı

“Eurovision-2011” mahnı müsabiqəsinin ilk təmsilçisi açıqlandı

Gələn ilin mayında Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin ilk təmsilçisi açıqlanıb.

 AgahMedia.Com portalının SİA –ya istinadən məlumatına görə, bu barədə müsabiqənin rəsmi saytında məlumat yayılıb. Yayılan xəbərə görə, təmsilçisini seçən ilk ölkə Niderlanddır. Bu ölkəni “Eurovision-2011” müsabiqəsində “3Js” qrupu təmsil edəcək.Qrup üçün ilin sonunadək beş mahnı yazılacaq. İlin sonunda həmin mahnılar arasından birinin seçilməsi üçün milli festivalın keçirilməsi nəzərdə tutulur. Osloda keçirilən 55-ci “Eurovision” müsabiqəsində Niderlandı təmsil edən ifaçının zəif çıxışı və finala çıxa bilməməsi səbəbindən bu il ölkə daha güclü təmsilçi seçmək qərarına gəlib.Qeyd edək ki, “3Js” qrupu 2002-ci ildən fəaliyyət göstərir, peşəkar səhnəyə isə 2007-ci ildə “Watermensen” albomu ilə çıxıb. Qrup üç üzvdən – Yan Dulles, Yaap Kvakman və Yaap de Vayttdan ibarətdir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*