Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision 2010”-un finalını Azərbaycan açacaq


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

“Eurovision 2010”-un finalını Azərbaycan açacaq

Eurovision 2010 Mahnı Müsabiqəsinin ikinci yarımfinalı yekunlaşdıqdan sonra finala adlamış ölkələrin nümayəndə heyətləri mətbuat konfransı keçirdiib.

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, ilk olaraq Gürcüstan təmsilçisi, türk əsilli Sofo Nijaradze mətbuat qarşısına çıxıb və onun finalda 13-cü çıxış edəcəyi məlum olub. Daha sonra Ukrayna təmsilçisi Alyoş KİV nümayəndələrinin suallarını cavablandırıb və onun 17-ci sırada çıxış edəcəyi aydınlaşıb. Qeyd edək ki,Türkiyə təmsilçiləri 14-cü sırada səhnəyə çıxacaqlar.Favorit iştirakçılardan sayılan İsrailli Harel Skaat sualları cavablandırdıqdan sonra məlum oldu ki, o, lirik “Milim” mahnı ilə finalda 24-cü çıxış edəcək.“Eurovision”da artıq bir dəfə qalib olan və müsabiqəyə ciddi hazırlaşan İrlandiyalı Niamh Kavanagh isə finalda 10-cu çıxış edəcək.Müxtəlif ölkələrdən dəvət alıb Kipri təmsil etməyə gələn John Lilygreen & The Islanders və musiqi ansamblının finalda 5-ci sırada çıxış edəcək.Nəhayət, təmsilçimiz Safura Əlizadə… AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Safura mətbuat qarşısında öz anasına sevgilərini bildirib və ona ünvanlanan sualları cavablandırıb. Püşkün nəticəsinə görə Safura finalda 1-ci nömrə altında çıxış edəcək.Rumıniya təmsilçiləri Paula Seling & Ovi cütlüyü ritmik “Playing with fire” mahnısı ilə finalda 19-cu çıxış edəcək.Ermənistanı təmsil edən Eva Rivas jurnalistin ən güclü rəqib kimi hesab etməsi ilə bağlı sualından yayınaraq konkret cavab verməkdən çəkinib və onun finalda 21-ci çıxış edəcəyi məlum olub. Promo-tur çərçivəsində soyuq ölkədən gəlib günəşli Azərbaycanda qızındığını deyən Danimarkalı Chanee və Tomas Nevergreen əvvəlcədən qalib olmayacaqlarını etiraf etsələr də, mətbuat konfransında da çox əmin görünürdülər. Püşkün nəticəsinə görə onlar 25-ci sırada çıxış edəcəklər. Azərbaycanla yanaşı finalda Gürcüstan, Ukrayna, Türkiyə, İsrail, İrlandiya, Kipr, Rumıniya, Ermənistan və Danimarka da iştirak etmək hüququ qazanıb.Qeyd edək ki, ikinci yarımfinal günündə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya yarışırdı.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*