Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision-2010” müsabiqəsinə start verildi

“Eurovision-2010” müsabiqəsinə start verildi

AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, dünən keşirilən birinci yarımfinalda 17 ölkənin təmsilçisi-Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa, Portuqaliya nümayəndələri çıxış edib.

Mayın 27-də keçiriləcək II yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar. Səhnəyə ilk Moldova iştirakçısı “Sun Stroke Project & Olia Tira” qrupu “Run away” mahnısı ilə çıxıb. İkinci iştirakçı kimi rusiyalı Pyotr Naliç və onun musiqi kollektivi “Lost & Forgotten” mahnısı ilə çıxıb. Rus ifaçı kifayət qədər həyəcanlı və pis ifa nümayiş etdirib.
Estoniyalı Malcolm Lincolnun oxuduğu romantik “Siren” mahnısı rus ifaçını əməlli-başlı kölgədə qoyub.
Geyindiyi bahalı geyim Slovakiyalı iştirakçı xanım Kristinaya yaxşı ruh verə bilməyib. İştirakçının ölkəsinin gözəlliyindən bəhs etdiyi “Horehronie” mahnısı canlı ifada fonoqramdan xeyli fərqli səslənib.
Sonra səhnəni Finlandiyalı dinamik qızlar – “Kuunkuiskaajat” qrupu “Tyolki ellaa” adlı mahnı ilə ələ almağa çalışıb.
Növbəni bu il iştirakı sual altında olan və sonradan naməlum sponsor hesabına müsabiqəyə qatılan Latviya iştirakçısı Aisha “What for?” davam etdirib.
Birinci yarımfinalın ən güclü iştirakçılarından olan Serbiyalı Milan Stankovic “Ovo je Balkan” mahnısı ilə müsabiqədə iştirak edib.
Çıxışları, ola bilsin, bu il “Eurovision” tarixində sonuncu dəfə iştirak edəcək Bosniya və Hersoqovina davam etdirib. Səbəb sözügedən ölkənin Avropa Yayım Birliyinə borclu olmasıdır. Görünür, bu səbəbdən də Vukasin Brajic pop-rok üslubunda oxuduğu “Munja i grom” mahnısını ürəklə ifa edib.
Polşalı Marçin Mrozinski birinci yarımfinalın 9-cu iştirakçısı olub. İfaçı “Legenda” adlı maraqlı mahnı ifa edib.
10-cu iştirakçı ölkə Belçika və təmsilçi Tom Dice “Me and My Guitar” adlı romantik ballada ifa edib.
Yarasa geyimli Malta ifaçısı Tea Qarrett və “My dream” mahnısı yarışmanın ən iddialı və yadda qalan nümayişi olub. Birinci yarımfinalın yeganə müsəlman ifaçısı albaniyalı Juliana Pasha “Nuk mundem pa ty” adlı yüksək templi mahnı ilə səsini duyurub.
Daha bir dinamik mahnı Yunanıstanlı Giorgos Alkaios və dostlarından gəlib. İfaçılar “Opa!” oxuyublar.
Portuqaliyalı ağ geyimli xanım Filipa Azevedo lirik mahnısı “Ha dias assim” ilə tamaşaçılarını həzin dəqiqələr yaşadıb. O, səhnədə sərbəstliyi və gözəl ifası ilə həyəcanlı həmkarlarından seçilib.
Makedoniyalı Gjoko Taneski, Billy Zver & Pejcinnin “Jas Ja Imam Silata” mahnısı da marağa səbəb olub.
Sonra bu həftə üzvlərindən iksi nişanlanan Belarusun “3+2” qrupu “Butterflies”, yəni “Kəpənəklər” mahnısı və mahnıya uyğun orijinal geyimlə səhnəyə çıxıblar. İslandiyalı və artıq “Eurovision” mahnı müsabiqəsi təcrübəsi görən Hera Bjork “Je Ne Sais Quoi” mahnısı, ecazkar ifası ilə müsabiqənin ən yaxşı ifaları siyahısına adını yazdıra bilib.İfalardan sonra ən həyəcanlı dəqiqələrə sıra çatıb.
Daha sonra yarımfinaldan finala keçid alan iştirakçı ölkələrin adları açıqlanıb: Bosniya və Hersoqovina, Moldova, Rusiya, Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Estoniya ,Albaniya və İslandiya seçilib.
Qeyd edək ki, böyük dördlük – Fransa, Almaniya, İspaniya, Böyük Britaniya, eləcə də “Eurovision-2009” müsabiqəsində qalib ölkə olan Norveç birbaşa mayın 29-da keçiriləcək final mərhələsində çıxış hüququna malikdir. “Eurovision-2010” Mahnı Müsabiqəsi Norveçin paytaxtı Oslonun “Telenor Arena” stadionunda keçirilir. 55-ci “Eurovision” mahnı müsabiqəsində ümumilikdə 39 ölkə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, ötən il Moskvada keçirilən “Eurovision-2009” mahnı müsabiqəsində Norveç təmsilçisi Aleksandr Rıbak birincilik qazanıb. Azərbaycanı ötən ilki müsabiqədə təmsil edən Aysel Teymurzadə və Araş dueti isə ölkəmizə üçüncülük qazandırıb. Bu il isə ölkəmizi 17 yaşlı Səfurə Əlizadə təmsil edir.
Müsabiqənin ikinci yarımfinalı – mayın 27-də, final mərhələsi isə mayın 29-da keçiriləcək.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*