Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Bakıda “Etohum”un növbəti toplantısı keçiriləcək

Bakıda “Etohum”un növbəti toplantısı keçiriləcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

AgahMedia.Com informasiya portalının “ICTnews” elektron xəbər xidmətinə istinadən məlumatına görə, Türkiyə Respublikasında ən böyük startup tədbirlərinin təşkilatçıları və Səhmdar klubu olan “Etohum”un nümayəndələri yenidən Azərbaycana gəlir. “Etohum”un ötən ildə olduğu kimi, cari ildə də Bakıda növbəti toplantısının keçirəcəyi açıqlanıb. Sözügedən tədbir mayın 31-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında keçiriləcək. Burada internet sahibkarlıqla məşğul olan şəxslərin ideyalarına qulaq asılaraq, mentorluq ediləcəyi planlanır.
Qeyd edək ki, artıq “Etohum” özünün rəsmi internet səhifəsində sözügedən təbdirlə bağlı elan yerləşdirib. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən startup qrupları “Etohum”un saytına (http://www.etohum.com/etkinlik/etohum-baku) daxil olaraq qeydiyyatdan keçə və adıçəkilən tədbirdə iştirak etmək istədiklərini bildirə bilərlər.
Qeyd edək ki, hazırda tədbirdə iştirak edəcək “Etohum” spikerlər məlum deyil. Onların adlarının da yaxın vaxtlarda açıqlanacağı bildirilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*