Home » Beynəlxalq, Siyasət, Ümumi » Ermənistanın hüquq müdafiəçiləri Sarkisyanın istefasınıı tələb etdilər


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Ermənistanın hüquq müdafiəçiləri Sarkisyanın istefasınıı tələb etdilər

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, dünən Ermənistanda bir sıra hüquq müdafiə təşkilatları prezident Serj Sarkisyanın istefası tələbiylə çıxış ediblər. Ermənistanda fəaliyyət göstərən bir qrup insan haqları müdafiəsi təşkilatları Ermənistan ordusunda vəziyyətlə bağlı bəyanat yayıblar.
Bəyanatda qeyd olunur ki, silahlı qüvvələrin baş komandanı olan, prezident Serj Sarkisyan orduda əsgərlərin sülh şəraitində intihar etməsi və qətlə yetirilməsi ilə bağlı biganəliyi şəxsi məsuliyyət hiss etmədiyindən xəbər verir.
“Ondan əsaslı islahatlar gözləməyi mənasız hesab edir və buna görə qeyd-şərtsiz istefasını tələb edirik”, – deyilir bəyanatda.
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, bəyanat müəllifləri xatırladırlar ki, sentyabrın əvvəlində hüquq müdafiə təşkilatları orduda baş verən cinayətlərin müstəqil ekspertlərin iştirakı ilə araşdırılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi, orduda qeyri-sağlam ab-havanın aradan qaldırılması və həlak olan əsgərlərin ailələrinə kompensasiya barəsində bir sıra tələb irəli sürüb, onların yerinə yetirilməsi üçün bir ay vaxt vermişdilər.
Lakin bu müddət keçdikdən sonra ictimai təşkilatlar qeyd edirlər ki, ordu rəhbərliyi həlak olan əsgər ailələri ilə qapalı görüş keçirib, bəziləri ilə ayrılıqda görüşüb, onların ailələrinə müavinətlərın 10 mindən 12 min drama (32 dollara) qədər artırılıb, bir hərbçinin ölümü ilə nəticələnmiş son avtomobil qəzasına görə bir sıra yüksək vəzifəli hərbçilər töhmət alıb və orduda cinayətlərin qarşısı alınması üçün qanunverici təşəbbüslər işləmək üzrə işçi qrup yaradılıb.
əyanatda qeyd olunur ki, eyni zamanda Müdafiə Nazirliyi nümayəndələri bəzi valideyinləri razı salmağa çalışıblar ki, onlar orduda törədilən cinayətlərə qarşı kütləvi aksiyalardan imtina etsinlər.
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, bəyanat müəllifləri hesab edirlər ki, mövcud ordu problemləri həll etmək üçün görülən təbdirlər kifayət deyil, zərər çəkənlərin təzyiqə məruz edilməsi isə problemləri həll etmək üçün siyasi iradə olmasında şübhələnməyə əsas verir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*