Home » Beynəlxalq, Ümumi » Ermənistanda vəzifəli şəxslərin evləri qarət edilir

Ermənistanda vəzifəli şəxslərin evləri qarət edilir

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, son vaxtlar Ermənistanda hazırkı və sabiq vəzifəli şəxslərin evlərini qarət edən qrup və yaxud qruplar peyda olub.
Ermənistanın baş prokuroru Ağvan Hovsepyan hesab edir ki, bir mütəşəkkil silahlı banda fəaliyyət göstərir, çünki “quldurlar eyni ssenar üzrə hərəkət edirlər”. Baş prokuror ilin əvvəlindən bəri bütün bu quldurluq hallarını bir cinayət işi üzrə araşdırmaq tapşırığı verib.
Səhər tezdən 4-5 nəfərdən ibarət maskalı şəxslər hədəf seçdikləri evə hücum edib, evdə olanları döyür, silahla hədələyərək, pul və qiymətli əşyaları yığıb, ev sahibinin avtomaşını ilə hadisə yerindən qaçırlar.
Ötən bazar günü də keçmiş millət vəkili, Milli Birlik Partiyasının sabiq üzvü Napoleon Azizyanın evi talanıb. Səhər saat 5 radələrində 5 nəfər maskalı eyvandan aşıb onun evinə girdikləri xəbər verilir. Napoleonun, onun arvadı və qızının döyüldüyü, 300 min dollar məbləğində pul, qızıl əşyalar və 6 ədəd qiymətli rəsm əsərləri oğurlandığı bildirilir.
Bu, son bir il ərzində 5-ci belə hadisədir. Son iki ay ərzində isə quldur hücumuna Ermənistan paytaxtının Malatiya-Sebastiya icmasının sabiq başçısı, dövlət kadastr idarəsinin əməkdaşı Ağvan Qriqoryanın və amerikalı milyonçu Kirk Kirkoryanın Ermənistanda təsis etdiyi “Linsi” fondunun proqramlar üzrə direktoru Edvard Bezoyanın evləri talanıb. Hər iki halda da oğurlanmış malları ev sahiblərinə məxsus bahalı minik avtomaşınları ilə aparıblar.
Qarət hadisələrinin hamısı paytaxt Yerevanda baş verib.
Ermənistanın baş prokuroru bu beş işlərin bir cinayət işi çərçivəsində birləşdirilməsi sərəncamını verib. “Aydındır ki, bu cinayətlər eyni ssenari üzrə təşkil olunur. Bu, eyni silahlı və mütəşəkkil cinayətkar dəstədir”, – deyib Ağvan Hovsepyan.
Çərşnbə günü Ermənistan Baş Prokurorluğunda polis nümayəndələrinin iştirakı ilə keçirilən məşvərə zamanı baş prokuror Ağvan Hovsepyan polisin fəaliyyətini tənqid edib. Baş prokuror deyib ki, paytaxtda ilk iki qarət hallarından sonra lazımi operativ-axtarış işləri icra edilsəydi, onları törədənlər aşkar edilsəydi, “bu gün yeni quldur hücumlarının şahidi olmazdıq”.
“Qarətçilər ədəbi dildə danışırlar”
Ermənistan polis rəisinin birinci müavini Hunan Poğosyan “bandanın qurbanlarına” istinadən deyib ki, “quldur dəstəsinin üzvləri ədəbi erməni dilində danışırlar”.
Bu, Hunan Poğosyanın sözlərinə görə, “sabit cinayətkar dəstənin” əsasən yerli sakinlərdən təşkil olunduğunu ehtimal etməyə əsas verir: “Sübhə yoxdur ki, dəstə Ermənistanda formalaşdırılıb, Ermənistanda fəaliyyət göstərir”.
Polis rəisinin müavini “quldur dəstəsinin işə getməkdən qabaq ciddi hazırlıq gördükləri”, potensial talan hədəfi və ətraf mühit haqqında məlumat topladıqları ehtimal olunduğunu bildirdi və Yerevan sakinlərini sayıq olmağa və polisə yardım göstərməyə çağırdı. “Məsələn, yaxınlıqda kirayədə qalan şəxslər şübhəli görünürsə, polisə xəbər versinlər ”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*