AgahMedia.Com

Agah olmaq və agah etmək bizim işimizdir…

İlk Səhifə  Haqqımızda   Valyuta kursu   Sosial

Biznes sfera və iqtisadiyyat   Webkataloq   Bizimlə əlaqə

 Dashinnmaz emlaklarin alqi-satqi elanlari kategorisinde Bakı Absheron ve diger erazilerde satiliq kupcali evler torpaqlar ve obyektler
Ermənistanda istefalar silsiləsinin davam edəcəyi bildirilir
05/11/2011 Beynəlxalq

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,ölkədəki istefalar silsiləsindən sonra hakim Respublikaçılar Partiyası parlament fraksiyasının rəhbəri, partiya sədrinin müavini Qalust Sahakyan yaxın günlərdə yeni istefaların gözlənildiyini bildirib.
Rəsmi istefaların səbəbi açıqlanmayıb, lakin Ermənistan təhlilçiləri son olayların seçkilərdən daxili mübarizənin təzahürü kimi dəyərləndirirlər.
“Xarici ölkələrdə təhsil almış və başqa dəyərlərə əməl edən gənclərlə böyük maliyyə kapitalına və təcrübəyə malik yaşlı siyasətçilər arasında mübarizə gedir. Yaşlıları yeni nəsil nümayəndələri ilə əvəz etmək hakim partiya üçün son dərəcə çətin olacaq”, – deyib Sosiometr sosioloji mərkəzin rəhbəri Aharon Adibekyan.
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,Yerevan meri Karen Karapetyanla onun adaşı prezident administrasiyasının rəhbəri Karen Karapetyanın vəzifələrindən getməsi, Aharon Adibekyanın fikrincə, hakimiyyət daxilində mübarizənin nəticəsidir:
“Hakimiyyət daxilində rəhbərliyə qarşı duran müəyyən qruplaşma mövcuddur”.
Adibekyan bu istefalar fonunda iqtidarla müxalif Erməni Milli Konqresi arasında mübarizənin arxa plana keçdiyini qeyd edib.
“Bu gün hamı daha kimin istefa verəcəyi və ona hansı yeni vəzifə təklif ediləcəyindən danışır. Cəmiyyətin diqqəti tamamilə hakimiyyət yerdəyişmələrinə yönəlib ”, – deyib sosioloq.
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,yerli mətbuat dəfələrlə, “gənc siyasətçilər” deyiləndə, prezident Serj Sarkisyanın kürəkəni, prezident administrasiyası rəhbərinin müavini Mikayel Minasyan nəzərdə tutulduğuna işarə edib.
Bu həftə ərzində Ermənistan Polisinin rəisi Alik Sarkisyan istefaya göndərilib, parlamentin sədri Hovik Abrahamyan isə hakim partiyanın seçki gərargahına rəhbərlik etmək məqsədilə şəxsi təşəbbüsü ilə vəzifəsindən azad olduğunu bəyan edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...
Bir cevap yazın

AgahMedia.Com Independent Media Network © 2009 - 2019 ... Bütün Hüquqlar Qorunur! Yazıların mətninə görə müəlliflər, reklam materiallarının mətninə görə sifarişçilər məsuliyyət daşıyır!... Məlumatlardan istifadə zamanı AgahMedia.Com İnformasiya Portalına istinad vacibdir!...

*