Home » Beynəlxalq, Siyasət, Ümumi » Ermənistanda hakimiyyət əleyhinə növbəti etiraz dalğası

Ermənistanda hakimiyyət əleyhinə növbəti etiraz dalğası

Ermənistan müxalifəti növbəti mitinqini keçirib. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, mitinqdə çıxış edənlər prezident Serj Sarkisyan hakimiyyətinin qeyri-qanuni olduğu, öz vətəndaşlarını mühacirətə vadar etdiyini bildiriblər. Aksiya iştirakçılaarı Ermənistan ordusunda özbaşınalığın hökm sürdüyünü qeyd edərək siyasi məhbusların azad olunmasının vacibliyini bildiriblər.
“2007-ci ildən etibarən Ermənistan parlamenti bir dənə də olsun doğru qanun qəbul etməyib”-Bunu mitinqdə çıxış edən Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan bildirib.
O, Ermənistanda prezident seçkiləri təcrübəsindən də danışıb. Levon Ter-Petrosyan bildirib ki, Serj Sarkisyan və Robert Koçaryanın namizədlikləri Mərkəzi Seçki Komissiyasında qeyri-qanuni olaraq qeydiyyatdan keçirilib.
Onun sözlərinə görə, 2008-ci ildə Baş nazir postunu tərk etmədən prezidentliyə namizəd olan Serj Sarkisyan qanunazidd hərəkət edib. Robert Koçaryan isə 10 il Ermənistanda yaşamaq senzi ilə bağlı tələbə uyğun gəlməyə-gəlməyə prezidentliyə namizəd olub. Bu qanunsuzluqlara göz yuman qərb dövlətləri indi Ermənistana demokratiya öyrədir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*