Home » Beynəlxalq, Siyasət, Ümumi » Ermənistan prezidentinin növbəti şantajı

Ermənistan prezidentinin növbəti şantajı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Ermənistan prezidenti deyib ki, Azərbaycan “yeni hərbi təcavüzə” hazırlaşır. Serj Sarkisyan bu sözləri Kiprə səfəri zamanı bildirib. Sarkisyan deyib ki, “Ermənistana qarşı düşmən təbliğatı” və ordunu möhkəmlətməsilə Azərbaycan “sülhə hazır olmadığını” göstərir. Sarkisyanın sözlərinə görə, Azərbaycanın “ermənifobiya və aqresiv davranışı təsdiq edir ki, Qarabağın Azərbaycanla heç bir gələcəyi yoxdur”.

Ermənistan mətbuatının yazdığına görə, Serj Sarkisyan azərbaycanlı həmkarını Ermənistan torpaqlarına iddia etməkdə ittiham edib: “…mənim azərbaycanlə həmkarım bəyan edir ki, ölkəmin böyük hissəsi Ermənistana Azərbaycan tərəfindən hədiyyə edilib və bizim paytaxtımız Yerevan Azərbaycan şəhəridir”.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Ermənistan prezidenti Türkiyəni də ittiham edib. O deyib ki, Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması razılaşmasını məhv edib.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Serj Sarkisyan Kipr parlamentində etdiyi çıxışında bəyan edib ki, Türkiyənin “ziddiyyətli mövqeyi, qeyri-sabit bəyanatları və prosesi əsassız manipulyasiya etməsi” 2009-cu ilin oktyabrında əldə edilmiş sərhədlərin açılmasına dair razılaşmaya son qoyub.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*