Home » Beynəlxalq, Ümumi » Ermənistan inqilab astanasındadır

Ermənistan inqilab astanasındadır

Ermənistanda iqtisadi böhran dərinləşir. Un və un məmulatlarının yenidən qiyməti artıb. Ekspertlər bu artımın ərzaq məhsullarında bahalaşmaya səbəb olacağını bildiriblər. Son dövrlər Ermənistanda hakim rejimin kadr dəyişiklikləri hakimiyyətin nüfuzuna ciddi təsir edib və bu, hakimiyyətin dəyişməsi ilə nəticələnə bilər.

 AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, bu bəyanatla isə erməni ekspert Manvel Sarkisyan çıxış edib. Onun sözlərinə görə, hazırda Ermənistanda vəziyyət çox gərgindir. Hətta Tunisdə baş verənlərin Ermənistanda da təkrarlanacağı istisna deyil. Manvel Sarksiyan onu da qeyd edib ki, artıq xarici ekspertlər də Ermənistanda hakimiyyət devrilməsinin mümkünlüyünü bildirirlər. «Kadr dəyişiklikləri, «ALM» telekanalının dövlət tərəfindən rəsmi təzyiqlərə məruz qalması onu göstərir ki, hakimiyyət özü də vəziyyətin çətinliyini, uzun müddət belə davam edə bilməyəcəyini anlayır. Məhz bu səbəbdən hər hansı addım atmaqla vəziyyətdən çıxış yolu axtarılır”-deyən erməni ekspert bildirib ki, Ermənistanda da iqtisadi böhran əhalini müflis vəziyyətə salıb. “Ermənistanı bu vəziyyətdən qurtarmaq üçün isə inqilabi çevriliş labüddür”-erməni ekspert belə deyib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*