Home » Şou biznes və Mədəniyyət, Ümumi » Ermənistan “Eurovision” yarışmasında iştirakdan imtina etdi

Ermənistan “Eurovision” yarışmasında iştirakdan imtina etdi

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə (AYB) Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməyəcəyi barədə rəsmi məktub göndərib. AYB-nin mahnı müsabiqəsinin rəsmi nümayəndəsi Yan Ola Sand Ermənistanın bu qərarını təəsüflə qarşıladıqlarını bildirib. “Biz yayımçının builki müsabiqədə iştirak etməməsi barədə qərarından həqiqətən üzüldük. Bizim və ev sahiblərinin Ermənistan nümayəndə heyəti iştirak üçün etdiyi cəhdlərə baxmayaraq, hadisələr bizim əksimizədir.”
Avropa Yayım Birliyi rəsmi saytında yazılıb ki, bu il Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində 43 deyil, 42 ölkə iştirak edəcək. İlk yarımfinalda 18 ölkə yarışacaq. Fransa, Almaniya, İtaliya, İspaniya, Britaniya və Azərbaycan isə birdəfəlik finala çıxacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*