Home » Beynəlxalq, Siyasət, Ümumi » Erməni diasporasından Metyu Brayzanın əleyhinə növbəti çağırış…

Erməni diasporasından Metyu Brayzanın əleyhinə növbəti çağırış…

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatlarındakı ermənilər diaspora üzvlərini və ermənipərəst siyasətçiləri Azərbaycana yeni təyin olunan səfir Metyu Brayzanın əleyhinə kampaniya aparmağa çağırıblar.

Onlar Metyu Brayzanın namizədliyinin əleyhinə olan senatorlar – Barbara Bokser və Robert Mendesə bununla bağlı məktub göndəriblər.
Erməni diasporası onlara müraciət edərək, yeni səfir təyinatının prezident Barak Obamanın seçki kampaniyası zamanı ermənilərə verdiyi vədlərin əksinə olması barədə fikirlərə Senatda dəstək qazandırmağa səsləyib.
Senatorlar yanvarın 25-də Vaşinqtona toplaşacaqlar. Amerika Birləşmiş Ştatlarının Azərbaycan və türk diasporlarının fəalları da əks-kampaniyaya başlayacaqlar.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*