Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Ən yaxşı biznes mühitinə malik ölkələr…

Ən yaxşı biznes mühitinə malik ölkələr…

AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, “Y&R” şirkəti ilə birlikdə Uorton universiteti biznes qurmaq üçün ən əlverişli ölkələrin reytinqini dərc edib. Reytinq 80 ölkənin göstəricilərinə əsasən hazırlanıb. Araşdırmada həmin ölkələr istehsal xərcləri, bürokratiyanın səviyyəsi, vergi siyasətinin şəffaflığı və korrupsiya üzrə qiymətləndirilib.

1. Panama
Siyahıya liderlik edən Panama reytinqdə yer alan yeganə Mərkəzi Amerika ölkəsidir. Panama “vergi cənnəti” sayılır və buraya dünya kapitalı axır. Lakin siyahıya liderlik etməsinə baxmayaraq, Panama ən korrupsiyalı ölkə hesab olunur.

2. Lüksemburq
Lüksemburq isə Qərbi Avropada yerləşən “vergi cənnətidir” və buraya da dünya sahıbkarları xüsusi diqqət yetirirlər.

3. İsveçrə
İsveçrə tarixən biznes açmaq üçün ideal məkan hesab olunub. Burada çox əlverişli vergi mühiti, şəffaf dövlət siyasəti və korrupsiya aşağı səviyyədədir. Bundan başqa, ölkə həyat keyfiyyəti göstəricilərinə görə liderlər siyahısındadır.

4. Danimarka
Qeyd edək ki, reytingdə dominant pozisiyanı Şimalı Avropa ölkələri tutur və Danimarka bu siyahıya liderlik edir. Burada korrupsiya çox aşağı səviyyədədir, şəffaflıq isə əskinə, yüksək səviyyədədir. Burada ixtisaslı işçilərin sayı da yüksəkdir. Adambaşına düşən ÜDM – 45 700 dollar təşkil edir. Danimarkanın paytaxtı Kopenhagen böyük sənaye və maliyyə mərkəzidir.

5. Finlandiya
Finlandiya Norveç və İsveç ilə birgə apardığı dövlət siyasətinin yüksək şəffaflığı və korrupsiyanın aşağı səviyyəsinə görə “Skandinaviya” modelinə uyğun gəlir.

6. İsveç
İsveç Norveç kimi kapitalizm və azad bazara əsaslanır. Bu zəngin və inkişaf etmiş bir dövlətdir. Vergi mühiti digərləri kimi əlverişli olmamasına baxmayaraq, İsveç reytinqə dövlətin iqtisadi siyasətinin yüksək şəffaflığına və korrupsiyanın demək olar ki, 0 səviyyədə olmasına görə daxil edilib.

7. Kanada
Kanada Şimali Amerikanın reytinq siyahısına daxil olan yeganə ölkədir. Xidmət sektoru ölkənin ən böyük drayveridir.

8. Yeni Zellandiya
Yeni Zellandiya çox inkişaf etmiş turistik infrastrukturu ilə, həmçinin güclü ixrac bazarı, xüsusilə də kənd təsərrüfatı sayəsində fərqlənir.

9. Norveç
Skandinaviya ölkələrinin bir çoxu kimi, Norveç yüksək vergi dərəcələri ilə fərqlənir. Lakin şəffaflığın səviyyəsi və korrupsiyanın olmaması Norveçi siyahıda 9-cu yerə yüksəltdi.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*