Home » Beynəlxalq, İdman, Ümumi » Ən məhsuldar futbolçular seçildi, Ronaldo 1-ci oldu…

Ən məhsuldar futbolçular seçildi, Ronaldo 1-ci oldu…

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Ronaldo

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən məhsuldar futbolçularının adlarını açıqlayıb. Beynəlxalq oyunlarda ən azı 10 qol vuranların siyahısında 20 futbolçu yer alıb, dünyanın ən məhsuldar futbolçusunun isə Kriştiano Ronaldo olduğu müəyyənləşib. Portuqaliyalı ulduzun aktivində 24 qol var.

“Real Madrid” komandasının hücumçusu millidə 13, klubun heyətində isə 11 dəfə fərqlənib. Bununla da K.Ronaldo üçüncü dəfə planetin ən yaxşı bombardiri olub.

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, “Barselona”nın forvardı Lionel Messi isə 21 qolla ikinci yerdə qərarlaşıb. Messi Argentina yığmasında 8, katalonların heyətində isə 13 qol vurub.

Hesabında 16 qol olan Edinson Kavani siyahıda üçüncüdür. O, Uruqvay millisində 9, PSJ-də isə 7 dəfə rəqib qapılarına yol tapıb.

Katalonların braziliyalı oyunçusu Neymar siyahıda 13-cü pillədədir. “Sambaçı” 8 dəfə Braziliya yığmasında, 3 dəfə isə “Barselona” klubunda fərqlənib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*