Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Emmi” televiziya mükafatının nominantları elan olundu

“Emmi” televiziya mükafatının nominantları elan olundu

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Los-Ancelesdə “Emmi” televiziya mükafatının 63-cü təqdimetmə mərasimi keçirilib. Mərasim avqust ayının 29-da NBC kanalı ilə yayımlanıb. “Associated Press”-ə xəbər verir ki,”Ağılsızlar” filmi “ən yaxşı dramatik serial” kateqoriyasında üçüncü dəfə “mükafata layiq görülüb. Bu nominasiyada “Sağ qalmaq” (“Lost”), “Breaking Bad”, “Dekster” (Dexter), “Yaxşı qadın” (The Good Wife) və “Əsl qan” (True Blood) kimi seriallar da təqdim olunub.
“Ən yaxşı komik serial” adına “Amerikalı ailə” (“Modern Family”) filmi layiq görülüb. Bu mükafat uğrunda “Ofis” (“The Office”), “Mahnı” (“Glee”), “Curb Your Enthusiasm”, “Cekin bacısı” (Nurse Jackie ) və “ 30 sarsıntı” (30 Rock) filmləri də mübarizə aparıblar.
“Ən yaxşı dramatik aktyor” nominasiyasında “Breaking Bad” serialında Uolter Uayt adlı müəllimi canlandırdığına görə, aktyor Brayan Krenston mükafata layiq görülüb. Bu mükafat Krenstona artıq üç il ardıcıl olaraq verilir.
“Ən yaxşı dramatik aktrisa” nominasiyasında “The Closer” serialında çəkilən aktrisa Kira Secevik qalib olub.
“Ən yaxşı komik rol” nominasiyasında mükafata “Böyük partlayış nəzəriyyəsi” filmində Şeldon Kuper rolunu ifa edən aktyor Cim Parsons layiq görülüb. “Ən yaxşı komik aktrisa” nominasiyasında isə mükafatı “Cekin bacısı” filmində çəkilən aktrisa Edi Falkoya alıb.
Qaliblərin və nominantların tam siyahısı ilə “Emmi” televiziya mükafatının rəsmi saytında tanış ola bilərsiz.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*