Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Emmi” mükafatının qalibləri məlum oldu

“Emmi” mükafatının qalibləri məlum oldu

Los-Ancelesda keçirilən gecədə bu ilin “Emmi” mükafatının qalibləri bəlli olub. AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, 63-cü təqdimat mərasimində ən yaxşı bədii serial, komediya serialı, televiziya filmi və ya miniserial, həmçinin bu filmlərdə ən yaxşı aktrisa və aktyor nominasiyaları üzrə mükafatlar təqdim olunub.
“Amerika ailəsi” ən yaxşı komediya serialı, “Ağılsızlar” filmi isə ən yaxşı bədii serial nominasiyasına layiq görülüb.
“Yaxşı arvad” serialındakı roluna görə Culiana Marqulis bədii serialda ən yaxşı aktrisa, “Cümə Gecəsinin İşıqları” serialında çəkilən Kayl Çəndler isə bədii serialda ən yaxşı aktyor , “Mayk və Molli” serialındakı Melisa MakKarti komediya serilalında ən yaxşı aktrisa, “Böyük partlayış fərziyəsi” serialındakı Cim Parsons isə komediya serialında ən yaxşı aktyor roluna görə mükafatlandırılıb.
Miniserialda ən yaxşı aktrisa isə “Mildred Pirs” televiziya filmində çəkilən Keyt Uinslet, ən yaxşı aktyor isə həmin filmdəki Qay Pirs hesab edilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*